Çempionlar Liqasında yarımfinal həyəcanı

Çempionlar Liqasında yarımfinal həyəcanı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

7News.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İngiltərədə "Mançester Siti" Madrid "Real"ını sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-də, Madriddə keçiriləcək. 

26 aprel

Çempionlar Liqası, yarımfinalın ilk oyunu

22:45. "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)

27 aprel

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

Xəbər lenti