lombard

Ən pis mətbuat katibləri -TOP-5

Ən pis mətbuat katibləri -TOP-5

Dövlət qurumlarının mətbuatla, həm də cəmiyyətə əlaqələrini mətbuat katibləri qurur. Təsadüfi deyil ki, mətbuat katibləri və mətbuat xidməti rəhbərləri həm də həmin qurumun rəhbərləri barəsində imic formalaşdırır. Mətbuatda aradabir ən yaxşı mətbuat katibləri barədə yazılar dərc olunur. Ən pislərin adları nadir halda çəkilir. Ona görə biz AzToday.az olaraq ən pisləri təqdim edəcəyik. Bu məqalədə ən zəif mətbuat katiblərini şərti olaraq "Ən pis mətbuat katibləri” adlandıraraq onların "Top-5”liyini hazırlamışıq. Onlardan bəzilərinin adlarını ola bilər ki, ilk dəfədir oxuyacaqsınız. İlk dəfə görsəniz də həmin adamlar maaş alıb vəzifələrinin başında otururlar. Bu "mükafat sahib”lərini bir çox hallarda eyni cəhət birləşdirir. Bu cəhətin adı jurnalistlərlə işləməməkdir.

Beşinci yerin "sahib”i "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifovdur. Dilqəm müəllim barəsində xasiyyətinin pis olmadığını deyirlər. Müəllimin əvəzinə təəssüflənərək bildirək ki, xasiyyət dövlətdən maaş almaq üçün yetərli səbəb deyil. O, nəinki juralistlərin suallarına əksər halda cavab vermir, ümumiyyətlə jurnalistlərin çoxu ASC-də mətbuat xidməti olmasından xəbərsizdir.

Dördüncü yer: Dövlət Sərhəd Xidmətinin mətbuat katibi (ola bilsin vəzifəsi başqadır) Rövşən Cahangirov. Jurnalistlər Rövşən müəlimin DSX-da nə işlə məşğul olduğunu bilmir. Bəlkə də o DSX rəhbərliyi üçün hesabatlar hazırlayır, DSX-da mətbuata aid sualları cavablayır. Nəzərə alsaq ki, R. Cahangirov nadir hallar istisna olmaqla jurnalistlərin suallarına cavab vermir, demək ki, keçmiş televiziya aparıcısı öz işinin öhdəsindən gəlmir. Rövşən Cahangirovun adını internetdə axtarışa verdikdə o hərbçi yox, daha çox şou adamı təsiri bağışlayır.

Üçüncü yer: Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova. Düzdür ki, bu idarə dövlət qurumu deyildir. Nəzərə alaq ki, dövlət büdcəsindən idarəyə ödəmələr olur və QMİ əhalisinin əksər hissəsi müsəlman olan ölkənin ən nüfuzlu dini qurumudur. Rəhimə xanımın mətbuatda fikirləriylə aradabir tanış olmaq mümkündür. Lakin bu o demək deyil ki, QMİ-nin mətbuat katibi ən yaxşılardandır. Səbəb odur ki, Rəhimə xanım arabir də olsa bəzi jurnalistlərə fikir bildirir, yəni açıqlama verir. Həmin açıqlama saytda dərc olunan kimi digər saytlar da onu yayır. Axı ayda-ildə QMİ kimi mühüm qurumun mətbuat katibi bir açıqlama verib, onu necə yaymamaq olar?!

İkinci yer: Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov. Jurnalistlərin feysbuk statuslarından da görünür ki, ən pislərdən biridir. İndi ölkəmizdə koronavirusa görə bir sıra tədbirlər görülməsiylə bağlı hər gün xəbərlər oxuyuruq. Siz heç bilirsinizmi son bir həftədə Pərviz müəllim Covid-2019 ilə bağlı neçə dəfə açıqlama verib? Sıfır dəfə! Neçə jurnalistin sualını cavablandırıb? Sıfır! Nəzərə alsaq ki, Abubəkirov telefonlara cavab vermir, demək səhiyyəyə heç bir aidiyyəti olmayan Pərviz müəllim ən pis mətbuat katiblərindən biridir. Bəlkə də ona söyləyən olmayıb ki, ay Pərviz müəllim, vaxtiylə məhkəmələr, yaxud məhkəmələrin mətbuat xidmətləri səninlə əməkdaşlıq etməsəydi bu qədər populyar olmaz, indi də belə bir vəzifə tutmazdın. İndi niyə öz həmkarlarından qaçırsan?!

Birinci yer: Bakı Nəqliyyat Agentliyinin mətuat katibi Mais Ağayev. Sözsüz ki, ölkəmizdə ən pis mətbuat katibidir. Çünki M. Ağayev yuxarıda sadalanan mənfi xüsusiyyətlərin üç qatını özündə cəmləşdirir. Həm jurnalistlərin suallarına cavab vermir, həm onlarla kobud danışır. İctimai xadimlər, populyar insalarla da kobud davranır. "Top-5”ə daxil olan digərərindən fərqli olaraq onun bütün davranışları (işdə və işdən kənarda) yumşaq desək adekvat deyil. Xasiyyətcə emosional olan Mais müəllim daha çox özünə sərf edən press-relizləri feysbuk statusunda yazır, kefi istəyəndə arabir jurnalistlərin suallarını cavablandırır. Tutaq ki kimsə tənqidi məqalə, ya da feysbukda status yazdı. M.Ağayev həmin statusları çox vaxt "görmür”. Ya tənbəl olduğundan (İTV-də onun tənbəl olduğunu çoxları bilir) görmür, yaxud da görməzlikdən gəlir. Arabir isə görür. Bu zaman ya dövlət qurumunun işçisinə yaraşmayacaq tərzdə kobudluq edir, yaxud şikayətçi olan ictimai xadimin "görüntülərini” yayır. Keçmiş həmkarları arasında "xüsusi hörmət” qazanmış indiki nəqliyyat işçisi kobud davranışları ilə bütün pis mətbuat katiblərinə "nümunə” ola bilər.///aztoday.az


Xəbər lenti