Ənvər Seyidəliyevin ailə biznesi - ŞOK TƏFƏRRÜAT

Ənvər Seyidəliyevin ailə biznesi -  ŞOK TƏFƏRRÜAT
Bu günə qədər ölkə mətbuatında Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməl və hərəkətləri barədə həddən artıq məqalələr dərc olunsa da, lakin hələ də onun fəaliyyəti araşdırılmamışdır. Daha doğrusu Ənvər Seyidəliyevi müdafiə edənlər araşdırmaların qarşısını almışdır. Qeyd edək ki, Ənvər Seyidəliyevlə yanaşı onun oğlu Dəyanət Seyidəliyev də ölkə ictimaiyyətinə tanışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışan Dəyanət Seyidəliyev paytaxtın müxtəlif yerlərində özünə obyektlər almaqla diqqət çəkib. O, bir neçə gün bundan öncə Nəsimi rayon ərazisində Memar Əcəmi metrosunun yaxınlığına 370.000 (üç yüz yetmiş min) manat dəyərində daha bir obyekt alıb. Məlumata görə yalnız paytaxtda Dəyanət Seyidəliyevin 30-n çox böyük obyekti var. Bu barədə daha ətraflı məlumat verəcəyik. 

7GUN.az-ın əldə etdiyi məlumatda bildirilir ki, bir neçə gün bundan öncə aztəminatlı ailə başçısı Ənvər Seyidəliyevin qəbulunda olub və ona ailə vəziyyətinin ağır olduğunu bildirib. Həmin o aztəminatlı ailə başçısı Ənvər Seyidəliyevdən kömək istəyib. Ancaq Ənvər Seyidəliyev ona kömək edə blməyəcəyini deyib.

Aztəminatlı ailəyə kömək etməkdən imtina edən Ənvər Seyidəliyev Bakı şəhərində bir nəfərə yeni tikilmiş binada 3 otaqlı mənzil, bağ evi, qızıl-ziynət əşyaları və digər saysız-hesabsız mülk alıb. Bunu hakimiyyətin özü də, Ağsu rayonunda da yaxşı bilirlər.

Ənvər Seyidəliyevin və oğlu Dəyanət Seyidəliyevin fəaliyyətləri ilə bağlı araşdırmalarımızı davam etdirəck və ictimaiyyətə məlumat verəcəyik.
















7News.Az

Xəbər lenti