Ər axtaranlar üçün "sevgi qatarı" yaradıldı - İndiyə qədər 10 cütlük evlənib - FOTO

Ər axtaranlar üçün

Münasibət qurmaqda çətinlik çəkənlər üçün "sevgi qatarı" yaradılıb.

7News.Az Chinadaily-ə istinadla xəbər verir ki, "Love-Pursuit Train" adlandırılan qatar avqust ayının 10-da Çongqing-Qianjiang istiqamətində yola düşüb. Qatarda subayların bir-biri ilə tanış olub, münasibət yaratması üçün şərait yaradılıb.

10 vaqondan ibarət qatarda 1000 nəfərə yaxın subay şəxslər olub. Onların arasından 20 nəfər artıq ailə qurub.

"Bu tipli tədbirlər münasibət yaratmaq üçün çox uyğundur. Sanki, sevgi körpüsüdür. Müxtəlif bölgələrdən olan insanlar bu qatar sayəsində bir yerə yığılıb, tanış olurlar. Bəzən sevgili olmaq alınmasa belə, dostluqlar üçün çox faydalıdır"

 

 

7News.Az

Xəbər lenti