"Bir daha bildirirəm ki, işğal altında olan torpaqlarını azad etməkdə azərbaycanlı qardaşlarımızın yanındayıq. Xüsusilə Minsk üçlüyü adlandırılan ABŞ, Fransa və Rusiya 30 ildir bu problemə laqeyd yanaşırlar. Bu səbəbdən atəşkəs tələbləri qəbuledilməzdir".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, işğalçılar əvvəlcə bu torpaqları tərk etməlidirlər:

"Azərbaycanlı qardaşlarımız indi torpaqlarına qayıdacaqları günün həsrətindədirlər. Tramp, Putin və Makronla görüşdük, amma nəticə olmadı. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına qayıdacaqları günü gözləyirlər.

Əvvəlcə bu barədə danışaq, həmişə oturub danışırdılar, amma nəticə yoxdur. İndi bir nəticə əldə etməyin vaxtı gəldi. Qardaşlarımız artıq öz göbəyini özləri kəsir.

Bu bölgədə davamlı sülhün yolu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin hər qarışından geri çəkilməsindən keçir. 

Bu ölkələrdən bəziləri həqiqəti söylədiyimiz üçün bizi hədəf alır. Unudulmamalıdır ki, bəhs edilən ölkələr dünən yox idi, sabah olmayacaq, amma Allahın izni ilə biz, bu torpaqlarda olmağa davam edəcəyik.

Türkiyədə iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə davam edəcəkdir. Ermənistanı hər şeyi bir kənara atıb Türkiyəyə böhtan atmaq da xilas etməyəcək. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun".