Ərdoğan Respublika Günümüzü Azərbaycan dilində təbrik etdi

Ərdoğan Respublika Günümüzü Azərbaycan dilində təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

7News.Az xəbər verir ki, o, 28 May - Azərbaycan Xalq Cümhuriyyətin (AXC) yaranması münasibətilə təbrikini "Twitter” sosial şəbəkəsində paylaşıb. 

O, təbrikini həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində yazıb.

"Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - deyə Ərdoğan qeyd edib.

 

7News.Az

Xəbər lenti