Ərdoğan: “S-400” məsələsində geri çəkilən deyilik

Ərdoğan: “S-400” məsələsində geri çəkilən deyilik

Ankara Vaşinqtonun təzyiqlərinə rəğmən, Rusiyadan "S-400” zenit-raket komplekslərinin (ZRK) alınması məsələsində geri addım atan deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "HaberTürk” telekanalına verdiyi müsahibədə bildirib.

"Biz bu əqdi artıq yekunlaşdırmışıq. Geri addım atmaqdan söhbət belə gedə bilməz. Rusiya bu ilin iyul ayından etibarən ZRK-nin tədarükünə başlayacaq”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə liderinin dediyinə görə, Türkiyə ABŞ-dan "Patriot” ZRK-nin alınması ilə bağlı Vaşinqtonun təklifini nəzərdən keçirməyə hazırdır.

Ərdoğanın sözlərinə görə, ZRK-nin qiyməti, texnologiyaların ötürülməsi, birgə istehsalla bağlı aspektlərdə fikir ayrılıqlarının olduğuna diqqət çəkib.

Xatırladaq ki, 2017-ci ildə Rusiyadan Türkiyəyə "S-400” ZRK-nin tədarükü haqqında müqavilə Ankara ilə Vaşinqton arasında diplomatik çəkişmələrə yol açıb. Vaşinqton Türkiyə tərəfindən Rusiya komplekslərindən imtina edərək, NATO sistemlərinə uyğun olan "Patriot” ZRK-ə üz tutmasını tələb edir. Lakin Türkiyənin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır və rəsmi Ankara "S-400” komplekslərindən imtina etmək fikrində deyil.

7News.Az

Xəbər lenti