"Ərim qadınlara çılpaq şəkillərini göndərmişdi" - Türk kişi ilə evli olan Maraldan ŞOK SÖZLƏR

Türkiyə vətəndaşı ilə ailə quran Maralın canlı yayımda söylədikləri hər kəsi şoka salıb. 

7News.Az xəbər verir ki, ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən Zərövşən qızı Maralın Türkiyədə başına gətirilən hadisələr barəsində danışıb. 

Zərövşən bildirib ki, hər kəs qızının hər şeyinə müdaxilə edib:

"Geyiminə, saçına qarışırdılar. Evə yad kişi gəlir, baldırın, ayağın görsənməməlidir deyə qızıma basqı edirdilər. Hər dəfə qızıma deyirdilər ki, yeznən ilə sənə kəbin düşür. Bu söz qızımı özündən çıxarıb".

Maral bildirib ki, həyat yoldaşım mənə xəyanət edib: "Mən Bakıdan Türkiyəyə qayıdan zaman ərimin telefonunda onun və 2 qadının çılpaq şəkillərini tapdım. Ərim onlara çılpaq şəkillərini göndərmişdi. Axşam həyat yoldaşımın Hasan adlı bir şəxslə danışdığını gördüm. Sonradan anladım ki, ərim danışdığı qadının adını Hasan kimi qeyd edib. Biz buna görə mübahisə etdik. Özü buna görə məndən üzr istədi. Mən ona bildirdim ki, 3-cü xəyanətini tutsam səndən boşanacam. Məni şantaj edirdi ki, başqa ölkənin vətəndaşı olduğuma görə uşağımı əlimdən alacaq". 

Efirə görüntülü bağlanan Səlami həyat yoldaşının bütün ittihamlarını rədd edib: "8 aydır ki, Maral uşağımın üzünü mənə göstərmir".

7News.Az

Xəbər lenti