"Erməni icmasını çağırışımızı qəbul etməyə dəvət edirik..."

03 Sentyabr 2019, 14:49
03 Sentyabr
2019
14:49
146
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi "müstəqillik günü” ilə bağlı bəyanat yayıb.
İcmadan 7News.Az-a daxil olan bəyanatda deyilir:
"Ermənistan KIV-lərində yayılan məlumata əsasən, sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim "müstəqillik günü” adı altında növbəti təxribat xarakterli "tədbirlər” keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti "müstəqillik günü tədbirləri"nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı "hədər vermir”. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüzminlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma "müstəqillik” heç bir gələcək vəd etmir. Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın "müstəqillik günü” qeyd etməsi, onun çıxılmaz vəziyyətdə olmasının təcəssümüdür".
Bəyanatda qeyd edilir ki, Ermənistan işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq məkrli siyasəti üçün istifadə etməkdə davam edir: "Erməni icması bu yalançı və saxta "matriks"dən azad olmalı və yeganə çıxış yolu olan - azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə cıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik".
7News.Az
Xəbər lenti
-
18:00Keçmiş modelin çılpaq şəkilləri BAŞINA BƏLA OLDU - FOTOLAR
-
17:50Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
-
17:42Lerikdə İqbal Məmmədov erası bitir: Yeni iddialılar kimlərdir?
-
17:40Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm
-
17:30Azərbaycanlı gənc müğənninin cazibədar görüntüləri yayıldı-VİDEO
-
17:20Bakıda bacı qardaşı arvadının xəyanətini yaxaladı:Hər ikisini döydü - VİDEO
-
17:10Qanun pozucuları belə ələ keçdi - VİDEO
-
17:07Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLAR
-
17:00Rusiyaya qanunsuz bal, süd aparan azərbaycanlılara cinayət işi açıldı
-
16:59Cahandar BAYOĞLU: İran adlanan ölkə çıxılmaz bataqlığa yuvarlanır
-
16:40"Masallı xaraba qalıb" - Niyam Salami
-
16:30İsrail yeni raket sistemini sınaqdan keçirdi
-
16:27"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi
-
16:20Sevgilisinin evlənmə təklifi qızı qorxutdu - VİDEO
-
16:15Məşhur müğənni 15 yaşlı musiqiçi ilə evlənmək üçün rüşvət verib
-
16:10Məşhur müğənni qarət olunan qadına kömək etmək istəyərkən soyuldu - VİDEO
-
16:00Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL: Tolik, sənin padruqaların...
-
15:57İnsanlıqdan kənar: Autizmli uşağa belə İŞGƏNCƏ VERDİLƏR - VİDEO
-
15:55Məşhur müğənni ana olmaq üçün unikal yol seçdi - VİDEO
-
15:52Suriyada ABŞ hərbi bazasına hücum olub
-
15:50Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO
-
15:45Xarkovda azərbaycanlının cinayət zamanı istifadə etdiyi avtomobil tapılıb
-
15:40Azərbaycanda dəfn qaydaları dəyişir - Yas mərasimləri ilə bağlı ŞOK FAKTLAR - VİDEO
-
15:32Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?
-
15:30Hər kəs bu "challange"dən danışır - qadınlar BACARIR, kişilər YOX - VİDEO
-
15:23Elza Seyidcahan: "Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum"
-
15:20Daha bir pendir sexində iyrənc mənzərə - FOTO
-
15:15İlham Əliyev: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
-
15:00Ağdaşda 37 yaşlı kişi su kanalına düşdü
-
14:51Beynəlxalq kosmik stansiya heyətinə Yeni il hədiyyələri göndərildi
-
14:47Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir
-
14:43Prezident və birinci xanım Şahxəndan türbəsində - Fotolar
-
14:41Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır
-
14:40Azərbaycanda BİABIRÇILIQ: Nişanlı qız toydan əvvəl uşaq doğdu - FOTO
-
14:37Sumqayıtda yararsız 227 kq ət məhv edildi - FOTO
-
14:33Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR
-
14:30Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərir?
-
14:20Adriana Lima modelliklə vidalaşır
-
14:10Bakıda əcnəbi qadın aldadıldı
-
14:00Xanım fanatına “arxa otağa keçək və mən sübut edim” deyən Can Yamanın serialı — TƏXİRƏ SALINDI
Digər xəbərlər
-
SİYASƏT
Cahandar BAYOĞLU: İran adlanan ölkə çıxılmaz bataqlığa yuvarlanır
-
SİYASƏT
Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?
-
MANŞET, SİYASƏT
İlham Əliyev: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
-
MANŞET, SİYASƏT
Prezident və birinci xanım Şahxəndan türbəsində - Fotolar
-
SİYASƏT
Dağlıq Qarabağ: sülh danışıqları nə vəd edir? (ŞƏRH)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda
-
SİYASƏT
Mikayıl Cabbarovdan erməni nazirə tutarlı CAVAB
-
SİYASƏT
Baş nazirin müavini: "Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq"