Ermənilər "Qarabağ" azarkeşlərinə hücum edib

Ermənilər

Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda (1:4) təxribat törədən ermənilər matçdan sonra azərbaycanlı azarkeşlərə hücum ediblər.

7News.Az xəbər verir ki, bu barədə Qol.az-a "Qarabağ" azarkeşlərindən biri məlumat verib. O, hücum edən ermənilərin məhz separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını dronla stadiona gətirənlər olduğunu deyib:

"Oyundan sonra bir qrup erməni əllərində dəmir parçası ilə bizə hücum etdi. Polis çağırdıq, lakin heç bir tədbir görmədilər. Təəssüf ki, işə baxacaqlarını dedilər. Həmin ermənilər dronu özlərinin stadiona daxil etdiklərini dedilər. Təsadüfən onların şəkillərini başqa bir səhifədən tapdıq. Sabah bu barədə polisə ələvə məlumat verəcəyik".

7News.Az

Xəbər lenti