Ermənilər Soçidə MMA yarışlarında qazaxlara qarşı dava salıblar - VİDEO

Ermənilər Soçidə MMA yarışlarında qazaxlara qarşı dava salıblar - VİDEO

Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın "Gorilla Fighting Championship 19” qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimсana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.

Məğlub olan Miqran Arutunyana döyüşdən sonra söz verilən zaman o azarkeşlərdən birininin onun atasına əl qaldırdığını bildirib və onu hədələyib.

Bundan sonra o zala gedib və orada əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.

Qeyd edək ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Akimсan üçüncü raundun sonunda dabanı ilə rəqibinin başına zərbə endirib. Ermənistan idmançısı diz üstə çöküb və hakim nokautla məğlubiyyəti qeydə alıb.

 

 

 

7News.Az

Xəbər lenti