Maskalı şəxslər sürücüyə hücum etdi

Maskalı şəxslər sürücüyə hücum etdi

Sumqayıtda quldurluqla məşğul olan cinayətkar dəstə ələ keçib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 14-də saat 03 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çınqıl alacağı adı ilə oturub Yaşma bağlar sahəsinə gedib. Orada digər maskalı 3 şəxslə birgə onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb hadisə yerini tərk ediblər.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar./qafqazinfo

7News.Az

Xəbər lenti