Ermənistan hərbçisi qəza törətdi - 10 yaşlı uşaq yaralandı

Ermənistan hərbçisi qəza törətdi - 10 yaşlı uşaq yaralandı

Dünən saat 15:00 radələrində Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində qəza baş verib. 

7News.Az ordu.az-a istinadən xəbər verir ki, Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "VAZ-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P.Narek adlı uşağı vurub. 

Məlumata görə, M.Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir. 

 

Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

7News.Az

Xəbər lenti