RU
lombard
Ermənistandakı misli görünməmiş bank soyğunun sirri-ŞOK VİDEO
17:40
241

Ermənistandakı misli görünməmiş bank soyğunun sirri-ŞOK VİDEO

Ermənistanda baş verən və bu günə qədər də müəmmalı qalan cinayətlərdən biri ilə bağlı maraqlı faktlar üzə çıxıb. 7News.Az-ın məlumatına görə, bu barədə "Keçmişin dəlilləri” verilişində maraqlı faktlar açıqlanıb.

1977-ci ilin avqust ayı. Yerevan, bazar ertəsi, sübh tezdən. Ermənistan Respublikası Dövlət bankının əməkdaşı hər bir bankın ən müqəddəs yeri hesab olunan və ən qiymətli şeylərin saxlandığı anbarın qapısını açıb içəri daxil olur, lakin bu zaman dəhşətli mənzərə ilə qarşılaşır – içəridə qarmaqarışıqlıq hökm sürürdü, anbarın tavanında isə böyük bir deşik var idi. Bankdan xeyli məbləğdə pulun oğurlandığı yalnız bir neçə saatdan sonra məlum olacaq. Məbləğ həqiqətən də çox böyük idi. Bu, əsrin oğurluğu, keçmiş Sovet İttifaqında misli görünməmiş bir cinayət idi. Sovet tarixində buna qədər və bundan sonra hələ bənzər bir hadisə baş verməmişdi.
Axı kim Sovet İttifaqında belə bir addım atmağa cəhd edə və bunu necə həyata keçirə bilərdi? Müstəntiqlərin çox sürətlə işi çözməyə çalışmasına baxmayaraq, istintaqdan sonra ortaya çıxan sualların sayı daha da artdı. Bu gün biz "Keçmişin dəlilləri” verilişində Sovet milyonlarının arxasında əslində kimin durduğu və xarici kəşfiyyat orqanlarının bu işlə əlaqəsi sualına cavab verəcəyik.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ