Estoniyalı nazirdən Prezidentə çağırış: “Moskvaya getməyin”

Estoniyalı nazirdən Prezidentə çağırış: “Moskvaya getməyin”

Estoniyanın Xarici İşlər naziri Urmas Reinsalu ölkə Prezidenti Kersti Kalyulayda 9 Mayda Moskvaya getməməyi tövsiyə edib.

7News.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, nazir deyib ki, Prezident qərar verməlidir.

"Ancaq mən bu məsələdə daha diqqətli olardım”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, bu ilin sentyabrın 17-də Estoniya Prezidenti rəsmi Tallinin Rusiya ilə müstəqil şəkildə dialoq aparmalı olduğunu açıqlayıb.

Xatırladaq ki, Kersti Kalyulayd bu ilin 18 aprelində Moskvaya gedib, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

7News.Az

Xəbər lenti