lombard

Etibar Pirverdiyevin xanımının Gürcüstanda biznesi üzə çıxdı - FOTOLAR

Etibar Pirverdiyevin xanımının Gürcüstanda biznesi üzə çıxdı - FOTOLAR

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşının ölkə xaricində şirkəti üzə çıxıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Bildirib ki, Azərenerji”nin sabiq prezidentinin Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olan həyat yoldaşı 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir.

Şirkət Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib. Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları.

Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.
Qeydiyyatdan bir neçə gün sonra şirkət "Gürcüstan Dövlət Energetika Sistemi" Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib.

Etibar Pirverdiyevin xanımının Gürcüstanda biznesi üzə çıxdı -

Xəbər lenti