Evin içində boğulan ana ilə qızı belə xilas edildi - Video

Evin içində boğulan ana ilə qızı belə xilas edildi - Video
Ankarada evin içində boğulan ana ilə qızı son anda qurtarılıb. 

7News.Az xəbər verir ki, yağan yağış nəticəsində bir çox ev və iş yerlərini su basıb. Bu zaman bir binanın birinci mərtbəsindəki mənzilə də yağış suları dolub. İçəridə köməksiz qalan ana və qızı boğulmaq təhlükəsi yaşayıb. 

Hadisə yerinə gələn polis əməkdaşları cəld davranaraq qapını təpiklə sındırıb. Bu zaman sürətlə evə dolan yağış suyu dəhizdən boşalmağa başlayıb. Ev sakinləri polislərin sayəsində boğulmaqdan xilas olub. 

 

7News.Az

Xəbər lenti