Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

Biseps əzələləri ilə bir dönəm dünyada məşhurlaşan rusiyalı Kiril Tereşinin qolları kəsilə bilər.

Türkiyə mətbuatı xəbər verir ki, Rusiyada yaşayan 22 yaşlı Kiril Tereşin biseps əzələləri ilə dünyada məşhurlaşmışdı. Lakin artıq Kiril Tereşin əzələlərinə yeritdiyi maddə səbəbi ilə hüceyrə çürüməsi və dəri fibroz degenerasiyası keçirir. Həkimlər onun 61 santimetr qalınlığındakı qollarının kəsilmə ehtimalının olduğunu bildiriblər.

Kosmetik əməliyyatlar səbəbindən sağlıq problemləri yaşayan şəxslərə yardım etməsi ilə tanınan Alana Mamayeva onun müalicəsi üçün sosial mediada kampaniya başladıb və 120 min izləyicisindən yardım istəyib. Kiril Tereşinin meneceri Alananın onlara zəng etdiyini, evinə dəvət etdiyini bildirib.(Metbuat.az )

 

7News.Az

Xəbər lenti