Fermerlərə Şad Xəbər: Dronlar veriləcək

Fermerlərə Şad Xəbər: Dronlar veriləcək
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə dronlar icarəyə veriləcək.

7News.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

"Hazırda pilot olaraq 1 ədəd dron gətirilib və qısa müddət ərzində onların sayı 15-dək artırılacaq. Onlar nazirliyin Elm və İnnovasiya Mərkəzinin nəzdində olan Bitkiçilik İnstitutunda veriləcək. Sözügedən institut tərəfindən mütəxəssis cəlb olunub ki, onların istifadəsinə dair təlimlər keçirsin", - deyə T. Qafarbəyli bildirib
 

7News.Az

Xəbər lenti