"FF" döyüş təşkilatının ən güclülərinin qalibi

22.06.2019-cı ildə Çinin Pekin şəhərində FF döyüş təşkilatının ən güclüləri arasında teşkil olunmuş döyüş gecəsində Azerbaycanı 3 qat dünya ve 11 qat Avropa ,AZERBAYCAN çempionu 2 dəfə prezident mükafatçısı, AZERBAYCAN milli yığma komandasının kapitanı Ramal Lord Aslanov təmsil edirdi. Ramal 2016-cı ildə FF liqasının çempionu olmuşdur. Ve bu il yenidən həmin turnire dəvət aldı. Rəqib Glory versiyası üzrə dünya çempionu Xu Liu idi. Gərgin keçən qarşılaşmada Temsilçimiz güclü Glory döyüşçüsünü məğlub etdi. Peşəkar ringdə 39-cu döyüşünü keçirən Lord ləqəbli döyüşçümüz 34-cü qələbəsini qazandı. Bu qələbəyə görə öz məşqçisi eməkdar məşqçi Hakim Hacıyevə və AKF-in prezidenti millət vəkili Adil Aliyevə təşəkkürünü bildirdi.

 

 

Xəbər lenti