“Formula-1”də maraqlı qəza dialoqları: Başlanğıcda bir az zibillədim - VİDEO

“Formula-1”də maraqlı qəza dialoqları: Başlanğıcda bir az zibillədim - VİDEO

Azərbaycan Qran Prisi zamanı pilotlar və onların təmsil etdikləri komandaların nümayəndələri arasında olan maraqlı dialoqları videoçarx halında hazırlayıb.

Lans Strol ("Reysinq Poynt”), ikinci sərbəst yürüş zamanı qəza etdiyi an

Lans: Bilmirəm, divara girmişəm.

Mühəndis: Başa düşdüm, sən qaydasındasan?

Lans: Bəli, sadəcə girişdə lazımi qədər dönə bilmədim.

Şarl Lekler ("Ferrari”), sıralama turunda ikinci cəhdi edərkən beton səddə çırpıldığı an

– Mən axmağam, mən axmağam. Hər şeyi bağlamışdım...

Kimi Raykönen ("Alfa Romeo”), sıralama turunda üçüncü cəhd

Mühəndis: Ok, Kimi, çox enerji yığ. Asta dairədir.

Kimi: Bu, **** (çox pis) oldu.

Mühəndis: Ok, biz doqquzuncunu (P9) bağladıq.

Kimi: Mən dairəni özüm müstəqil keçmək istərdim. Belə daha yaxşı olar.

Maks Verstapen ("Red Bull”), 9-cu dairə

Maks: Əyləc sistemi ideal işləmir.

Mühəndis: Ok. Gözlə.

Maks: O, beşinci və altıncı ötürücülər arasında mexanika kimi işləyir.

Mühəndis: Başa düşdüm, Maks.

Niko Hülkenberq ("Reno”), 12-ci dairə

Mühəndis: Dairənin ən yaxşı vaxtı üçün birinci döngədən əvvəl ötmələrdən qaç.

Niko: Razı deyiləm, mənə slipstrimlə qalmaq lazımdır.

Romen Qrojan ("Haas”), 25-ci dairədə qəza etdiyi an

Mühəndis: Sən qaydasındasan? Davam edə biləcəksən?

Romen: Hə-hə, mən... Mən qayıdıram. Ancaq **** (çox yaxşı) olmadı, problem sağ təkərin qabağı ilə bağlıdır! O sadəcə... Mufta harasa **** (yoxa çıxdı).

Kimi Raykönen, 27-ci dairə

– Onunla mübarizə apara bilmərəm. Bizə indi əyləclər haqda narahat olmaq lazımdır. Vəziyyəti başa düşürəm, ancaq bizə hələ daha sonra adamları keçmək lazım gələcək.

Daniil Kvyat ("Toro Rosso”), 31-ci dairədə Rikkardo ilə mübarizə anı

– Bolid arxaya getmir.

Daniel Rikkardo ("Reno”), 31-ci dairədə Kvyatın bolidinə toqquşdurduğu an

Mühəndis: Sən qaydasındasan?

Den: Mən... Mən onu görmədim. Bağışlayın, onu görmədim.

Valteri Botas ("Mercedes”), damalı bayrağı görüb qalib olduğu an

– Bəli! Hə! Fəxr edirəm! Bunun bir hissəsi olmaq fəxrdir... Sizə təşəkkürlər. Düşünürəm ki, indi çempionatın turnir cədvəlində yenidən lazım olduğu kimi görünəcəyik.

Zebastyan Fetel ("Ferrari”), finiş xəttindən sonra

Mühəndis: Növbəti güclü yarış...

Zeb: Bəli, başlanğıca görə üzr istəyirəm, mən onda bir az zibillədim. Maşını tənzimləyə bilmirdim!

7News.Az

Xəbər lenti