FOTOLAR: RƏSMİ XƏBƏRDARLIQ - 3 ay sonra DƏHŞƏTLİ HADİSƏ baş verə bilər

FOTOLAR: RƏSMİ XƏBƏRDARLIQ - 3 ay sonra DƏHŞƏTLİ HADİSƏ baş verə bilər

Futbol stadionu böyüklüyündə olan "2006 QV89” adlı meteorun 3 ay sonra Yer planeti ilə toqquşma ehtimalı var. Bu ehtimal 7000-də 1-ə bərabərdr.

7News.Az xəbər verir ki, bu barədə Avropa Kosmik agentliyi məlumat yayıb. Bildirilir ki, potensial hadisə sentyabr ayının 9-na təsadüf edəcək. Hazırda, səma cismi barədə araşdırmalar aparılır.

Onun həcmi təqribən 50 metrdir. Bildirilir ki, meteorun həcminin kiçik olmasına baxmayaraq, toqquşma baş verərsə, Yer planetində ciddi fəsadlar əmələ gələcək.

Qeyd edək ki, oxşar təbiət hadisələrinə bundan əvvəl də rast gəlinib. 1908-ci ildə meteorun Rusiyanın Podkamennaya Tunquska çayı yaxınlığına düşməsi nəticəsinə böyük meşəlik ərazi məhv olub. 2013-ci ildə isə Çelyabinsk vilayətində baş verən oxşar hadisə zamanı 7200 binaya ziyan dəymiş, 1500 nəfər xəsarət almışdı.

7News.Az
 
 

Xəbər lenti