Futbol meydanında insanlığa yaraşmayan hərəkət - VİDEO

Futbol meydanında insanlığa yaraşmayan hərəkət - VİDEO
Xorvatiyada yarımpeşəkar liqanın matçında insanlığa yaraşmayan hadisə baş verib.

7News.Az xəbər verir ki, "NK Jelenqrad" klubunun formasını geyinən İvan Qazdek meydanın kənarındakı toyuğu təpikləyərək öldürüb. Hakim onun bu hərəkətini bağışlamayıb və meydandan qovub.

23 yaşlı futbolçu özünə bu sözlərlə haqq qazandırmağa çalışıb: "İnanın ki, bu həkəti qəsdən etməmişəm. Matçın nəticəsi səbəbindən gərgin idim. Toyuqlar tez-tez meydana girir və oyun dayanırdı. Həmçinin gigeynik olmayan vəziyyət yaradırdılar. Onları qovmaq üçün qaçdım və qorxutmaq üçün təpik atdım. Amma təpik toyuqlaran birinə dəydi".

Bir iti və iki pişiyi olduğunu deyən Qazdek heyvanları çox sevdiyini bildirib. 

Xorvatiyada fəaliyyət göstərən "Heyvan Dostları" təşkilatı futbolçunun hərəkətini şiddətlə qınayaraq "heyvan öldürmə və işgəncə vermə" maddəsi ilə məhkəməyə müraciət edəcəklərini bildirib. Qazdekin bu maddə ilə günahkar olduğu sübut olunsa, bir il azadlıqdan məhrum edilə bilər.



Xəbər lenti