"Gecə barlarında çox çətin günlərim keçib" - Məşhur rəqqasə etiraf etdi

Məşhur türkiyəli rəqqasə Didem ailəsi ilə bağlı verdiyi açıqlamalarla gündəm olub.

7News.Az axşam.az-a istinadən bildirir ki, o, anası və bacısından şikayət edib.

"11 yaşımdan bəri işləyirəm. Gecə barlarında çox çətin günlərim keçib. Anam pulu daha çox sevdiyindən övladı gözünə görünmürdü. 26 yaşında qardaşım var. Onu çox sevsəm də, danışmaq istəmirəm. O da, bacım da narkotik aludəçisi idilər. Bacımı dəfələrlə polisə şikayət etmişəm. Hazırda nə etdiklərindən xəbərsizəm. Onlara ev almışam, özüm isə kirayədə yaşayıram" deyə, o, bildirib.
 

7News.Az

Xəbər lenti