Gənc bərbər küçələri gəzib kasıb uşaqların saçını pulsuz kəsdi: "Hər kəsin xoşbəxt olmağa haqqı var" - VİDEO

Gənc bərbər küçələri gəzib kasıb uşaqların saçını pulsuz kəsdi:
Türkiyəli bir bərbər Qurban bayramı ərəfəsində yoxsul ailələrin uşaqlarının saç düzümlərini pulsuz etməyə qərar verib.

7News.Az xəbər verir ki, xeyirxah bərbər artıq 150 uşağın saçını qırxıb və daha 450-ni də təraş etməyi planlaşdırır.

19 yaşlı Rəsul Yılmaz on ildir yerli bərbər salonlarından birində çalışır. Rəsulun ailəsi maddi sıxıntı keçirdiyindən o, 9 yaşından əlavə pul qazanmağa başlayıb. Dəbli bir saç düzümünün olmasını vəbayramlarda yaxşı görünməsini çox xəyal edib. İndi Rəsul özü bərbər olub və başqalarına kömək edərək xəyalını da gerçəkləşdirə bilib. Boş vaxtlarında saç düzəltmək üçün lazımi alətləri götürən bu gənc artıq balaca müştərilərin onu gözlədiyi Diyarbəkir küçələrini gəzir.

"Mən şəhərin küçələrində gəzir, kasıb ailələrin övladlarının saçlarını düzəltməyə dəvət edirəm. Uşaqlar çox razıdırlar.Hər kəsin xoşbəxt olmağa haqqı var” -deyir Rəsul Yılmaz.

Xeyirxah bərbərin davranışı yalnız uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də heyranlıqla qarşılanır. Qurban bayramınadək Yılmaz 600 yoxsul uşağın saçını qırxmağı planlaşdırır.


 

7News.Az

Xəbər lenti