Gənc ulduzdan şok açıqlama: "Ronaldo ağlaya-ağlaya gedirdi"

Gənc ulduzdan şok açıqlama:
"Ayaks"ın gənc ulduzu Mattis de Liqt Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

 19 yaşlı futbolçu "Yuventus"un ulduzunun Çempionlar Liqasının 1/4 final mərhələsində məğlubiyyətdən sonra ağladığını bildirib:

"Ronaldo ilə forma dəyişdirmək istədim. Amma ağalayaraq paltardəyişmə otağına gedirdi. Onu bir daha görmədim. Biz isə qələbəni qeyd etməyə davam etdik".

Qeyd edək ki, "Ayaks"la "Yuventus" arasında Amsterdamda keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Turindəki cavab matçında isə hollandlar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. De Liqt cavab qarşılaşmasının 67-ci dəqiqəsində "Ayaks"ın qələbə qoluna imza atıb./Fanat.Az

7News.Az

Xəbər lenti