Güclü külək ağacı “Prado” və “BMW”nin üzərinə aşırdı - FOTO

Güclü külək ağacı “Prado” və “BMW”nin üzərinə aşırdı - FOTO

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Bunu 7News.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib: 

"Ağac "Prado” və "BMW” markalı maşınların üzərinə aşıb, avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb”.

"Aşan ağac sağlam küknardır və kökündən çıxıb. Paytaxtın müxtəlif yerlərində 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb”, - deyə şöbə rəisi əlavə edib.

 

7News.Az

Xəbər lenti