Güneldən daima pul istəyirdi — Bakıdakı qətlin təfərrüatı

Güneldən daima pul istəyirdi — Bakıdakı qətlin təfərrüatı
Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb.
Hadisə sentyabrın 7-də, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib.

1988-ci il təvəllüdlü Xaləddin Hüseynov 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsib.

Qeyd edilir ki, X.Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib. Bundan əlavə, o, narkoman kimi xəstəxanada qeydiyyatda olub və azadlığa çıxandan sonra köhnə vərdişlərindən əl çəkməyib.

İstintaq zamanı məlum olub ki, həyat yoldaşı həbsxanada olan G.Bağırova ilə Xaləddin arasında bir müddət əvvəl isti münasibətlər yaranıb. 
Cütlüyün münasibətlərinin pozulmasına səbəb 31 yaşlı Xaləddinin narkotik vasitələrdən asılılığı və daima Güneldən pul istəməsi olub. 

Sentyabrın 7-də gecə saatlarında narkotik vasitələrə tələbatın təsiri altında olan Xaləddin Günelin yaşadığı evə gələrək onunla söhbət etmək istədiyini bildirib. Bu zaman onlar arasında münaqişə baş verib və G.Bağırova Xaləddindən evi tərk etməsini istəyib.

Nəticədə X.Hüseynov bıçaqla qadının boğazına xəsarətlər yetirib. O, Günelin başını kəsdikdən sonra evi tərk edərək polis şöbəsinə gedib.

Faktla bağlı ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Publika.az)
 
7News.Az

Xəbər lenti