Günəşin ləkəli üzü Yerə doğru çevrilir

Günəşin ləkəli üzü Yerə doğru çevrilir

Günəşin nəhəng ölçüdə olan ləkəli hissəsi hazırda planetimizə doğru çevrilir.

7News.Az ölkə.az-a istinadən bildirir ki, ləkə "AR2740" adlandırılıb.

NASA-nın günəş dinamikası rəsədxanası cari ilin 6 may tarixində Günəşdə M1 gücündə ultra-bənövşəyi şüalanma qeydə alıb. Bu tip şüalanmalar intensiv xarakter daşıyır və alimlər tərəfindən qeydə alınır.

NASA mütəxəssislərinin sözlərinə əasən, şüalanma atmosferin yuxarı hissəsini ionlaşdırıb və bununla da Hind okeanı və Asiya üzərində qısa tezlikli radio siqnalların işini çətinləşdirib.

 

Bildirilir ki, "AR 2740" ləkəsi planetimizin diametrindən iki dəfə böyükdür.

7News.Az

Xəbər lenti