RU
lombard
Hadisə koronavirus həyəcanı ilə saç ustasını evə çağırdı
17:00
291

Hadisə koronavirus həyəcanı ilə saç ustasını evə çağırdı

Koronavirus səbəbiylə çölə çıxmayan müğənni Hadisə, saçlarına qulluq etmək üçün saç ustasını evə çağırıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdarlıqlara diqqətlə yanaşan gözəl sənətçi sevgilisi Kaan Yıldırımla birlikdə İstanbulun İstinye səmtindəki evində karantinə girdi.

Ölkənin çağırışlarına tam uyan Hadisə, koronavirus həyəcanına görə gözəllik salonlarının bağlanması səbəbi ilə özünə çözüm yolları axtarmağa başlayıb. Mütəmadi olaraq saçlarına qulluq edən sənətçi, bu dəfə saç ustasını evinə çağırıb.

Saç ustası müğənniyə son zamanlar baş verənlər səbəbi ilə artan tələbatı və xüsusi xidmətlərin qiymətlərini artırdığını bildirərək baxım haqqının 1000 TL (263 azn) olduğunu söyləyib. Hadisə bu qiymətə təəccüblənsə də, saçlarına qulluq etdirib.

Qeyd edək ki, Hadisə saçlarını boyatmaq və xüsusi qulluq üçün Belçikaya səfər edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ