Hafiz Hacıyev: “Azərbaycana qarşı “qara piar" kampaniyasını həm ermənilər, həm də içimizdəki satqınlar aparır”

07 Fevral 2018, 15:40
07 Fevral
2018
15:40
1479
Prezident seçkilərindən sonra yeni hökumətin formalaşması və bir sıra kadr dəyişikliklərinin edilməsi cəmiyyətdə hələ də müzakirə mövzusudur. Hazırda ictimaiyyəti daha kimlərin vəzifədən kənarlaşdırılacağı maraqlandırır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə söhbətimiz də hökumətin tərkibindəki dəyişikliklər və bundan sonra gözlənilən kadr islahatları barədə oldu.
7NEWS.az-ın növbəti həmsöhbəti Hafiz Hacıyevdir:
- Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi prezident seçiləndən sonra hökuməti buraxır, yeni hökumətin tərkibi elan olunur. Qanunla bu belədir və belə də olacaqdır.
- Sizcə, gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gerçəkləşə bilərmi?
Təbii ki, prezident seçkilərindən sonra gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gerçəkləşə bilər. Son vaxtlar prezident tərəfindən gənc kadrların irəli çəkilməsinin şahidi oluruq. Məhz gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gözləniləndir. Azərbaycanın dünyadakı artan nüfuzunu nəzərə alsaq, o zaman daha islahatçı kadrlara ehtiyac olduğunu görərik. Çünki prezidetin özü islahatçıdır. Məhz prezident buna uyğun komanda formalaşdırmalıdır. İndiki hökumət çox zəifdir, demək olar ki, qocalar evindən ibarətdir. Hökumət prezidentlə ayaqlaşa bilmir. Düşünürəm ki, bunlar getməlidir, onlar yeni kadrlarla əvəz olunmalıdır.
- Prezident seçkilərindən sonra Azərbaycanda istər iqtisadi, istər siyasi, istərsə də digər sahələrdə hansı uğurlu nəticələr əldə edilə bilər?
Prezident seçkilərindən sonra çox böyük uğurlar əldə olunacaqdır. Özəlliklə də, seçkidən sonra Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyiş gözlənilir. Bununla yanaşı, ölkədə kölgə iqtisadiyyatı və korrupsiyaya son qoyulacaqdır. Hesab edirəm ki, seçkilərdən sonra həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da güclənəcək.
- Adətən prezident seçkiləri ərəfəsində və seçkilər başa çatdıqdan sonra Azərbaycana qarşı "qara piar" kampaniyası aparılır. Bu il də analoji proseslərin təkrarlanacağı şübhəsizdir. Bunun qarşısını almaq üçün xalq və hökumət hansı addımları atmalıdır?
Hər zaman Azərbaycana qarşı "qara piar" kampaniyası aparılıb. Bunu isə içimizdəki satqınların əli ilə edirlər. Özünüz də bunun şahidisiniz. Bizim azərbaycanlılar Almaniyada, Fransada - əgər onlara azərbaycanlı demək mümkündürsə, gedib mitinqlər keçirirlər, mənim şəklimi də lazımsız yerlərə yapışdırırlar. Onlar Azərbaycanı vurmaq üçün başqalarının əlinə "kozur” verirlər. Hər halda bunun qarşısını almaqdan ötrü Azərbaycan xalqı birlik nümayiş etdirməlidir. Belə ki, hamı çəkici bir zindana vurmalıdır. Hesab edirəm ki, prezident seçkilərindən sonra xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, konsulluq və səfirliklər Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasının qarşısının alınması yönündə lazımi işlər görməlidirlər. Hazırda bizə qarşı "qara piar" kampaniyasını həm ermənilər, həm də içimizdə olan bəzi insanlar aparır. Onlar arasında fərq görmürəm. Kimliyindən aslı olmayaraq bu vətən bizimdir.
7NEWS.az
Xəbər lenti
-
17:40"Zərərli qidalara nəzarət olunmur" – VİDEO
-
17:30Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı - YENİ QƏRAR
-
17:25Dünya şokda: Bu kişi eyni anda 2 qadınla evlənir - Üçlüyün FOTOLARI
-
17:20"Gəldi, həyatımın altını üstünə çevirdi"-Ayan keçmiş sevgilisindən danışıb
-
17:10Çimnaz yenə qısa, dekolteli libasda - FOTO
-
17:00Eynicinslilərin öpüşdüyü bu reklama görə kanalı BOYKOT ETDİLƏR - VİDEO
-
16:50"Mənə deyir ki, vannada lüt uzanmısan, Afət məni o qədər söyüb ki, ərizəyə sığışmır" - Flora Kərimova həmkarını məhkəməyə verir
-
16:40Əməkdar artistin əcnəbi aktrisalara bənzəyən cazibədar qızı - İlk dəfə efirdə - FOTO
-
16:33Xırdalanda yolların təmirinə üç milyon manat ayrıldı - SƏRƏNCAM
-
16:31Saxta pul aparan azərbaycanlı tutuldu
-
16:30Tramp: “Yüz ilin anlaşması” planına ümidlər azalıb
-
16:22Bakıda sərnişin dayanacaqda ölüb
-
16:20Modelin dişlədiyi qadına peyvənd vuruldu
-
16:19SOCAR-Petrofac birgə müəssisəsi BP ilə xidmət müqaviləsi imzalayıb
-
16:10Mühafizəçinin məktəbli ilə amansız rəftarı kameraya düşdü - VİDEO
-
16:09Zəlzələdən zərərçəkən: İcra başçısının müavini dedi ki, 500 manat ver, evi bərpaya salaq
-
16:00Külək adamı BELƏ uçurtdu - VİDEO
-
15:50Məşhur milyarderin qızının evindən 70 milyon dollarlıq cəvahirat oğurlanıb - FOTO
-
15:40"Həkim dedi ki, sənin işin Allaha qalıb" - Xatirə İslam
-
15:20Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü - VİDEO
-
15:18Qusarda daha üç nəfər zəhərləndi
-
15:10Avstraliyada güclü yanğına görə ocaq qalamaq qadağan olundu
-
15:04Polis oğruları “iş başında” yaxaladı - FOTO
-
15:00Bakıda evə basqın oldu - Qadını döyüb...
-
14:59Bakıda beynəlxalq toplantı – Sədrlik Milli Məclisə keçəcək
-
14:50Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb
-
14:48Vilayət Eyvazovdan polislərlə bağlı CİDDİ TAPŞIRIQ
-
14:45Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu - TƏSİRLİ ANLAR - FOTO
-
14:40Bir-birinin acığına bahalı geyinən şou əhli - FOTO
-
14:30Türkiyədə sənədsiz yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
-
14:20Alimlərdən şirniyyat sevənlərə pis xəbər
-
14:10Evli adamdan hamilə qaldığım üçün... - Şeymadan etiraf
-
14:00“Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” – Zirəddindən proqnoz - Video
-
13:5714 dərəcə isti gözlənilir - Sabahın HAVA PROQNOZU
-
13:51Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
13:5018 illik arvadını "baxımsız" olduğu üçün öldürdü
-
13:42Şuradan QHT-lərə vacib güzəşt
-
13:40Meksikada son həftə ərzində 12 polis qətlə yetirilib
-
13:30Ukraynalı ulduz özünü məşhur kino qəhrəmanına bənzətdi – FOTO
-
13:20Türkiyə yeni kamikadze dronlarla silahlanacaq – VİDEO
Digər xəbərlər
-
MÜSAHİBƏ, SİYASƏT
Deputat Əli Kərimliyə çağırış etdi: "Cəsarətin çatırsa debata gəl"
-
ÖZƏL, MÜSAHİBƏ, SİYASƏT
Deputat Elşən Musayevdən sensasion müsahibə: "Küskünlərin yığıncağında səmimi adam olmur"
-
MÜSAHİBƏ, SİYASƏT
Zahid Oruc: “Onlar düşünürlər ki, bu yaxşı bir yol xəritəsidir”
-
MÜSAHİBƏ, SİYASƏT
Fazil Mustafa: “Boykot taktikası yanlışdır” - ÖZƏL
-
MÜSAHİBƏ, SİYASƏT
Hafiz Hacıyev: “Azərbaycana qarşı “qara piar" kampaniyasını həm ermənilər, həm də içimizdəki satqınlar aparır”
-
MÜSAHİBƏ, SİYASƏT
Prezident xalqın iradəsini təcəssüm edir