lombard

Havaya atılan güllə 7 yaşlı qızı canından edəcəkdi

Havaya atılan güllə 7 yaşlı qızı canından edəcəkdi
Rusiyanın Kabarda-Balkar respublikasında azyaşlı gülləyə tuş gəlib.

Lenta.ru-nun xəbərinə görə, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qorxutmaq üçün havaya atəş açıb.Güllə yaxınlıqda olan yeddi yaşlı qızın başına dəyib.

 
Dərhal xəstəxanaya çatdırılan azyaşlı əməliyyat olunub. Həkimlər 7,62 millimetr olan gülləni çıxara biliblər. Hadisənin təfərrüatları araşdırılır.
 
 
7News.Az

Xəbər lenti