lombard

Həbib Konorla revanş döyüşü üçün şərtini açıqladı

Həbib Konorla revanş döyüşü üçün şərtini açıqladı

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş döyüşünə yalnız bir şərtlə razı olduğunu deyib.

 

Həbibin meneceri Əli Abdel-Əziz "BJ Penn”ə açıqlamasında deyib ki, Həbib Toni Ferqyusonu, Konor Castin Getjini məğlub edə bilsə, onlar revanş döyüşünə çıxa bilərlər.

Xatırladaq ki, Həbiblə Ferqyuson arasında döyüş aprelin 18-nə planlaşdırılıb. Getji isə Makqreqoru döyüşə çağırsa da, hələlik ondan cavab gəlməyib. (oxu.az)

Xəbər lenti