Həbibdən Makqreqorun ünvanına sərt sözlər: "Həyat yoldaşı..."

Həbibdən Makqreqorun ünvanına sərt sözlər:

Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqor haqqında sərt fikirlər söyləyib.

 Həbib karyerasına son qoyduğunu açıqlayan Makqreqoru qısqanc bir həyat yoldaşına bənzədib.

O bildirib ki, Konorun döyüşməkdən vaz keçdiyinə inanmır: "O, qərar dəyişdirən bir insandır. Sabah da geri qayıtdığını açıqlayar, hər kəs də bu xəbərdən yazar. UFC ilə müqavilə məsələsində razılaşmayıb karyerasına son qoyarsa, onların itirəcəklərini anlamaları üçün təzyiq göstərmək istəyir. Bu, federasiya ilə görüşmələr üçün yeridilən siyasətdir. Mən də onlarla müzakirə aparmağın çətin oldğunu bilirəm. Konor bir kişinin sahib olduğu qısqanc həyat yoldaşı kimidir”.

Qeyd edək ki, Konor Makqreqor yaxın zamanlarda karyerasına son qoyduğunu açıqlamışdı.

Makqreqor ötən ilin oktyabr ayında Həbibə məğlub olmuşdu. Döyüşdən sonra iki döyüşçü və onların məşqçiləri arasında insident yaşanmışdı. Konor Həbibin dininə, ailəsinə, ölkəsinə və şəxsiyyətinə təhqirlər yağdırmışdı. Daha sonra isə onun revanş döyüşünə çağırmışdı. Lakin Həbib bu təklifi qəbul etməmişdi.

7News.Az

Xəbər lenti