Həbsdən buraxılan Vidadi Zeynalov evində ziyafət verdi: Nadir Qarayevə xüsusi təşəkkür edib

Həbsdən buraxılan Vidadi Zeynalov evində ziyafət verdi: Nadir Qarayevə xüsusi təşəkkür edib
Martın 15-də həbsdən azad olunan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla bağlı ilginc məlumat yayılıb.

AzToday.az sosial şəbəkələrə istinadən xəbər verir ki, həbsdən çıxan korrupsioner məmur bir müddət evində istirahət etdikdən sonra yaxın dostları ilə birlikdə ziyafət təşkil edib. Həmin ziyafətdə Vidadi Zeynalovun biznes ortaqları olan "Məmmədoğullar” MMC-nin rəhbəri, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini, meriyanın oliqarx məmuru kimi tanınan Vidadi Əliyev və 1 saylı Xəzinadarlıq İdarəsinin rəisi, həm məmur, həm də biznesmen kimi tanınan Nadir Qarayev iştirak ediblər.

Zeynalovlar ailəsinə yaxın olan şəxsin iddiasına görə, Vidadi Zeynalov həbsdə olduğu müddətdə ona və ailəsinə mənəvi və maddi dəstək verən dostlarına, ortaqlarına dərin təşəkkür edərək, onlarla fəxr etdiyini deyib. AzToday.az-a danışan mənbənin sözlərinə görə, sabiq aparat rəhbərinin ona və ailəsinə edilən maddi dəstəyə görə Hacı Ramazanla birlikdə 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevə xüsusi təşəkkürünü çatdırıb. Belə ki, Nadir Qarayevin Vidadi Zeynalova məxsus Xəzər dənizi kənarındakı evini formal olaraq alaraq ailəsinə qaytarması sabiq Aparat rəhbərini təsirləndirib. Vaxtı ilə Nadir Qarayevi MTN-nin cəngindən xilas edən Vidadi Zeynalov dostunun ona qarşı etdiyi bu jestdən çox məmnun qalıb.

AzToday.az-a verilən məlumata görə, Nadir Qarayev məclisdə dostlarına açıq şəkildə deyib ki, onun və sizlərin uzun illərdən bəri gözlədiyi və arzusunda olduğu xoş xəbər yaxın günlərdə eşidiləcək. AzToday.az olaraq bir müddət öncə qeyd etmişdik ki, 1 saylı Xəzinadarlıq İdarəsinin müdiri Nadir Qarayev Maliyyə Nazirliyi yanında yaradılan Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri vəzifəsinə təyinat almaq istəyir. Nadir Qarayevin agentlik rəhbəri olması məsələsində əsas dəstəkçisinin isə himayədarı və yaxını Maliyyə Nazirinin müavini Azər Bayramov olduğu bildirilir.

7News.Az

Xəbər lenti