RU
lombard
Həbsxanadan lüt qaçdı
12:00
352

Həbsxanadan lüt qaçdı

Meksikadakı həbsxanalardan birindən lüt qaçan məhkum az sonra ələ keçib.

Hadisə Sonora ştatındakı Syudad-Obreqon şəhərində baş verib.

Xuan Pablo Penya Ford şəhərdəki həbsxanada cəza çəkirdi.

Dünən o, həbsxananın hamamında olarkən fürsətdən yararlanıb və lüt vəziyyətdə, bədəni sabunlu ikən pəncərədən sivişib çölə çıxıb.

Daha sonra o, tikanlı məftilləri aşıb və belinə gödəkçə dolayaraq küçə ilə qaçmağa başlayıb.
Polis onun izinə düşüb və təxminən iki saat sonra Xuan Pablo həbsxana yaxınlığındakı Real del Sol səmtində, evlərdən birinin bağında yaxalanıb.

Meksikalılar sosial şəbəkələrdə yazırlar ki, Xuan Pablonun bəxti gətirməyib: "Bu videoda Xuanın arxasınca qaçan yekəqarın, tosqun polislərə fikir verin. Xuanın, sadəcə, bəxti gətirmədi - yoxsa belə tosqun polislər ona əsla çata bilməzdilər"./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ