“Türk Hava Yolları” Brüsselə aviareysləri təxirə salıb

“Türk Hava Yolları” Brüsselə aviareysləri təxirə salıb

“Türk Hava Yolları” (THY) aviaşirkətinə məxsus, İstanbul-Brüssel istiqamətində hərəkət edən təyyarə Belçika paytaxtında baş verən partlayışlarla əlaqədar əvvəlcə Belçikanın Liege şəhərinə istiqamətləndirilib. 

7news.Az AzərTAC-a istinadən xəbər verir ki, daha sonra təyyarə Niderlandın Amsterdam şəhərindəki hava limanına doğru hərəkət edib.

Türkiyə vaxtı ilə saat 08.24-də havaya qalxan təyyarə Brüsseldəki hava limanında iki partlayışın baş verməsi ilə əlaqədar istiqamətini dəyişib. Partlayış baş verən zaman THY-nin daha bir təyyarəsinin sərnişinləri göyərtəni tərk edirmiş. “Türk Hava Yolları” Brüsselə nəzərdə tutulan bütün səfərlərini müvəqqəti ləğv edib.

7news.Az

Xəbər lenti