Həkimlər məsafədən uğurlu cərrahiyyə əməliyyatı aparıblar

Həkimlər məsafədən uğurlu cərrahiyyə əməliyyatı aparıblar
Çinli həkimlər 5G texnologiyasının köməyi və robot vasitəsilə 136 kilometr məsafədən uğurlu əməliyyat aparıblar.

7News.Az AZƏRTAC-a istinadən bildirir ki, "5G texnologiyası ötürülən foto və videonun dəqiqliyi və fasiləsizliyinə, həmçinin əməliyyatın stabilliyinə, etibarlığı və təhlükəsizliyinə zəmanət verir. Biz şəbəkə vasitəsi ilə pasiyent və həkim arasındakı məsafədən asılı olmayaraq əməliyyat apara bilərik", - deyə Tyanszin şəhər xəstəxanasının baş həkimi Tszyan Vensyu bildirib.

Ortopedik əməliyyat Tyanszin şəhərində (Şimali Çin) 36 yaşlı qadın üzərində aparılıb və təxminən dörd saat davam edib. Əməliyyatı Pekinin Tszişuytan xəstəxanasının ekspertləri 5G interneti vasitəsi ilə həyata keçirib.

Çin 5G şəbəkəsini, ilk növbədə, nəqliyyat, əyləncə və səhiyyə sahələrində tətbiq etmək niyyətindədir. İyul ayına olan məlumata əsasən, Pekin 5G texnologiyası üçün artıq 7800 baza stansiyası quraşdırıb.
 
 

7News.Az

Xəbər lenti