Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir

Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir

Texniki detalları aydınlaşdırmamış Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı və yeri haqqında danışmaq hələ tezdir. 

"Sputnik Ermənistan” xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. 

"Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün təşkilini təklif edib. Texniki detalların aydınlaşdırılmasını gözləyirik. Eyni zamanda, dəvət edən ölkə görüşün vaxtı və yerini dəqiqləşdirməlidir ki, biz bununla bağlı açıqlama verə bilək”, - Naqdalyan məlumat verib. 

Ötən görüşlərin keçirildiyi yerlərə nəzər salsaq, onların həmsədr ölkələrdə baş tutduğunu (Paris və Moskvada) görə bilərik. Ehtimal edilir ki, növbəti görüş Vaşinqton və ya başqa yerdə keçiriləcək. 

Bu arada, Naqdalyan əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

O, həmsədrlərin Yerevan, Xankəndi və Bakıya səfər edəcəyini qeyd edib. 

7News.Az

Xəbər lenti