Hindistanda fillər bala fili belə dəfn etdi - VİDEO

Hindistanda fillər bala fili belə dəfn etdi - VİDEO
Hindistanda fil sürüsü ölmüş fil balasının "dəfn mərasimini” keçirib. Unikal görüntünü @ParveenKaswan adlı istifadəçi öz "Twitter” səhifəsində paylaşıb.

"Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə videoçarxda qeyd edib.

Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanır. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, "cənazəni” əhatəyə alır.

Videonun son saniyələrində fillərdən biri xortumu ilə balanı qaldırıb, qarşı tərəfdəki meşəyə aparır, qalan "dəfn iştirakçıları” da onun ardınca irəliləyir.

 

7News.Az

Xəbər lenti