Hüseynbala Mirələmovun başı dərddə - “1001 Gecə”si bağlanır?

Hüseynbala Mirələmovun başı dərddə - “1001 Gecə”si bağlanır?

Son vaxtlar yazıçı, millət vəkili, Yeni Azərbaycan Partiyasının Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələməov adının əvvəlində qeyd etdiyimiz sosial statuslarla deyil, daha çox kriminal mövzularla bağlı gündəmə gəlir. 

Deputatın həm öz biznesi, həm də oğlu ilə bağlı məhkəmə prosesi gündəmdən düşmür.

Mediadan bildiyiniz kimi Şıx Çimərliyində yerləşən "1001 Gecə” İstirahət Mərkəzi H. Mirələmova məxsusdur və bu mərkəz zaman-zaman neqativ olaylarlan baş verdiyi məkan kimi xatırlanıb. Bir neçə il əvvəl isə bu istirahət mərkəzində iki qrup arasında silahlı atışma olmuşdu, kriminal avtoritetlər qətlə yetirilmişdi.

Təxminən bir ay öncə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşkar etdi ki, deputatın istirahət mərkəzi bütün kanalizasiya sularını gizli olaraq Xəzər dənizinə axıdır. Halbuki, həmin çirkabın axıdıldığı yer çimərlikdir və hər gün minlərlə insan orada istirahət edir.

Buna görə də, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduğu üçün deputatın obyekti 4000 manat məbləğində cərimə edildi. Bununla bərabər çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahibinə icrası məcburi olan "məcburi göstəriş”lər də verildi. "Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlığı da edildi.

Bundan əvvəlki illərdə də istirahət mərkəzinin dəfələrlə qanunun tələblərini pozduğu haqda məlumatlar yayılıb. 

Görünür, millət vəkili nazirliyin məcburi göstərişinə əməl etməyib və bu gün artıq "1001 Gecə” İstirahət Mərkəzinin qapadılması üçün ETSN rəsmi qaydada məhkəməyə müraciət edib. Məhkəmənin bu iddia ilə bağlı qərarının nə olacağını zaman göstərəcək.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə qərarı ilə "Rabitəbank” Hüseynbala Mirələmovun oğlu, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmova qarşı 119 min manatlıq iddia qaldırıb.  Yasamal Rayon Məhkəməsi 119 min manatlıq tələbin 101 min manatını təmin edib. Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməlidir. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verilib./Yeni Sabah

Hüseynbala Mirələmovun başı dərddə -
Hüseynbala Mirələmovun başı dərddə -

Xəbər lenti