RU
lombard
İcra başçısının qardaşı ekologiyanı məhv edir, nazirlik cərimə etdi (VİDEO)
11:05
216

İcra başçısının qardaşı ekologiyanı məhv edir, nazirlik cərimə etdi (VİDEO)

Oğuz rayon icra başçısının qardaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən cərimələnib/

7News.Az xəbər verir ki, bolgexeber.com-un əməkdaşları Oğuz rayonunda olaraq, ekologiyaya ciddi ziyan vuran daş, qum karxanaları ilə bağlı çəkilişlər aparıblar.

Qeyd edək ki, Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-qınğı istehsal edən şirkət mövcuddur. Bu şirkətin Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanova məxsusdur. 

 

 

Saytın əməkdaşları məsələ ilə bağlı ETSN-nin 6 saylı Regional Şöbəsinə məlumat veriblər. Nazirliyn əməkdaşları dərhal hadisə yerinə gəlib və baxış keçirilib.

ETSN-nin 6 saylı Regional Şöbəsinin müdiri Ziya Cəbrayılov bildirib ki, "daxil olan məlumatları araşdırmaq və müvafiq tədbir görmək bizim vəzifə borcumuzdur”.
 
Pozuntu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akt tərtib olunub və Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanov ağacları məhv etdiyinə, ekologiyaya ciddi ziyan vurduğuna görə cərimə olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ