İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO

İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO
Sosial şəbəkələrdə Səbail Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.

7News.Az"Report”a istinadən xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub.

"Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - sosial şəbəkə istifadəçilərindən biri deyib.

Digər istifadəçi isə "fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb.

Səbail Rayon İcra Hakimiyyətindən "Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.


 
 

7News.Az

Xəbər lenti