“İdman Azərbaycan”ın şərhçisi canlı yayımdakı bu sözlərə görə efirdən uzaqlaşdırıldı

“İdman Azərbaycan”ın şərhçisi canlı yayımdakı bu sözlərə görə efirdən uzaqlaşdırıldı

"İdman Azərbaycan” kanalının şərhçisi İsmayıl Abdullayev "Mançester Yunayted” - "Çelsi” oyununu şərh edərkən işlətdiyi ifadəyə görə efirdən uzaqlaşdırılıb.

7News.Az  xəbər verir ki, bu haqda İsmayıl Abdullayev özü məlumat verib:

"Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq olub. Şahinoğlu "Çelsi”nin qaradərili oyunçusu N'Qolo Kanteni nəzərdə tutaraq "Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” ifadəsini işlədib. İsmayıl Abdullayev isə cavabında "Yansaydı da, rəngində bir fərq olmayacaqdı” deyə söyləyib. 

 

7News.Az

Xəbər lenti