İki məşhur xanımın stadionlara girişi qadağan edildi - ŞOK SƏBƏB (FOTOLAR)

İki məşhur xanımın stadionlara girişi qadağan edildi - ŞOK SƏBƏB (FOTOLAR)
ABŞ-da "The Washington Nationals" və "Houston Astros" klubları arasında keçirilən beyzbol matçında qalmaqallı hadisə baş verib.

7News.Az xəbər verir ki, iki "Instagram" fenomeni - Lauren Summer və Julia Roz beyzbolçu atış edərkən onu çaşdırmaq üçün sinələrini açıblar. 

Bu hadisə Amerikada əsas müzakirə mövzusuna çevirilib. Görüntülərin sosial mediada yayılmasından sonra Beyzbol Liqasının rəşbərliyi hər iki xanımın ömürlük oyunlara daxil olmasını qadağan edib. Onlar "izləyici qaydalarını" pozmaqda günahlandırılıb. 

Beyzbol Liqasının sözcüsü Maykl Teevan "USA Today"a açıqlamasında xəbəri təsdiq edib. Onun sözlərinə görə, ticarət məqsədi ilə izləyici qaydalarının pozulması bağışlana bilməz. 

Cəzalarının açıqlanmasından sonra hər iki xanım azarkeş gözlənilməz addım atıb. Şəxsi profillərindən açıqlama verən Julia Roz və Lauren Summer izləyicilərini döş xərçəngi üçün yardım kampaniyasına qoşulmağa çağırıb.

Qeyd edək ki, 25 yaşlı Julia Rozun "Instagram"da 3, 24 yaşlı Lauren Summerin 1.5 milyon izləyicisi var.



















Xəbər lenti