İki yaşlı uşağın qolu eskalatorun pilləkənləri arasında qaldı - ANBAAN VİDEO

İki yaşlı uşağın qolu eskalatorun pilləkənləri arasında qaldı - ANBAAN VİDEO
Azyaşlı uşağın qolunun anidən eskalatorda qaldığı anlar anbaan kameralara düşüb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Çinin ticarət mərkəzlərinin birində 2 yaşlı uşaq anası ilə eskalatora minib. Bu zaman uşaq müvazinəti itirib və yıxılıb. Onun qolu iki pilləkən arasında qalaraq qopma təhlükəsi keçirib. 

Ananın qışqıraraq kömək çağırmasını eşidən mühafizə işçmisi dərhal eskalator saxlamaq üçün düyməsini basa bilib. Ani toxunuş uşağı böyük bir faciədən xilas edib. 

45 dəqiqə ərzində eskalatorun pilləkənləri sökülərək uşağın qolu sıxışdığı yerdən xilas edilib. 

Həmin videonu təqdim edirik: 

 
 

7News.Az

Xəbər lenti