İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Qadın voleybolu üzrə ikiqat Olimpiya çempionu Jaklin Karvalyo müsahibə zamanı huşunu itirib.

Kişi voleybol komandaları arasında keçirilən Superliqa görüşü zamanı "Spor TV”yə müsahibə verən 35 yaşlı Jaklin canlı yayımda özündən gedib.

 

chiquerrima e elegante até na hora de desmaiar conte comigo para tudo jaqueline

806 people are talking about this

Hətta onun kortun kənarına yıxılması səbəbindən matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.

Qeyd edək ki, Jaklin Karvalyo daha sonra xəstəxanaya çatdırılıb.

7News.Az

Xəbər lenti