lombard

Artur Rəsizadə Gürcüstana səfərə gedib

Artur Rəsizadə Gürcüstana səfərə gedib

Azərbaycanın baş naziri Artur Rasizadənin mayın 16-da Gürcüstana səfəri başlayıb.

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasizadəni Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Səfər çərçivəsində A.Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

7News.Az

Xəbər lenti