RU
lombard
İlham Əliyev dünyaya bir daha göstərdi ki, lider olaraq onun üçün Azərbaycan vətəndaşlarının sağlamlığı daha önəmlidir
17:58
397

İlham Əliyev dünyaya bir daha göstərdi ki, lider olaraq onun üçün Azərbaycan vətəndaşlarının sağlamlığı daha önəmlidir

Ölkələr üçün iqtisadi maraqlar insan amilindən, onun saglamlığından sonra gəlməlidir. Bu barədə "Olaylar"a açıqlama verən İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. QHT sədri vurğulayıb ki, Azərbaycan prezidenti özünün humanist təşəbbüsü ilə dəfələrlə çıxış edib: " Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videokonfrans görüşmədə, Avropa İttifaqına üzv dövlətlərin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində, Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən görüşdə və s bu siyahını uzada bilərik. Bu görüşlərin hər birində prezident tərəfindən dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə insanların qorunması məsələsi ön planda tutulub. Son olaraq BMT Baş Assambleyasınnın tədbirində dövlət başçısı bir daha dünyanın diqqətini insanları covid 19-un zərərindən qorumağa cəlb etdi və nəticə olaraq, bir daha dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bu birmənalı olaraq, ölkə başçısının beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Təbii ki, onun lider olaraq dünyada sərgilədiyi siyasi çəkisi, beynəlxalq siyasi arenasında diqqətlə izlənilir. Prosesləri təhlil edən zaman görürük ki, Cənubi Qafqaz ölkələrindən məhz Azərbaycan bu gün beynəlxalq tədbirlərdə daha çox innovativ təkliflər səsləndirir və Prezident tərəfindən irəli sürülən təkliflər əksəriyyət səs çoxluğu ilə dəstəklənir. Təbiii ki. sadaladıqlarımız bir daha Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasından xəbər verir ki, buradada İlham Əliyevin xidməti danılmazdır.."

V.Hüseynli onu da qeyd edib ki, Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Təbii ki ölkə olaraq bizim də zərərlərimiz, itikilərimiz var. Ancaq İlham Əliyev dünyanın krizisdə olduğu bir zamanda bu addımı atmaqla, Azərbaycanın insanlığa, humanizmə necə dəyər verdiyini bir daha beynəlxalq aləmə mesaj vermiş oldu. İkinci bir nüans isə xüsusilə qeyd edilməlidir ki, dövlət başçısı tərəfindən yürüdülən bu siyasət dünyaya Azərbaycan humanizmdən uzaq ölkə olması və Dağlıq Qarabağla əlaqədar yalan informasiya ötürən Ermənistan rəhbərliyinin bir daha ifşa olunmasıdır.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ