İngilis müğənninin hicablı FOTOsu tənqid edildi

İngilis müğənninin hicablı FOTOsu tənqid edildi

Britaniyalı müğənni və aktrisa Coselin Stoker İnstaqram izləyiciləri tərəfindən tənqid edilib.

7News.Az ölkə.az-a istinadən bildirir ki, tənqidə səbəb onun çəhrayı hicabla olan fotosudur.

Coselin sosial şəbəkədə Səudiyyə Ərəbistanındakı səfərinin təəssüratlarından da yazıb.

"Qadınlar burada güclüdürlər və sərbəstcəsinə hüquqlarından istifadə edirlər. Onlar istədiklərini geyinir, istədiklərini edirlər", - deyə müğənni qeyd edib.

 

Stoker əlavə edib ki, gender bərabərliyi sahəsindəki uğurlar yerli kişiləri sevindirir. Müğənni eyni zamanda bildirib ki, hicab taxmaq məcburi olmayıb. Amma bu paltardan xoşu gəldiyi üçün özü geyinib.

 

İngilis müğənninin hicablı FOTOsu tənqid edildi

7News.Az

Xəbər lenti